AZ

Qurban Qurbanov bu oyunçunun alınmasını niyə istəyib? - VİDEO

"Qarabağ"ın yeni transferi Kamilo Duran Marquez hücum fazasında çox faydalı işlər görə bilər.

Onun əsasən sol cinahda faydalı iş əmsalı yüksəkdir.

Sürətli keçidləri ilə yadda qalır. Sağ və sol ayaqları işləkdir, ikili mübarizələrdə topu özündə saxlamağı bacarır.

Qurban Qurbanovun oyun planında önəmli profil ola bilər".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur. Tanınmış jurnalist "Qarabağ"ın "çiçəyi burnunda" transferi haqda danışıb,

23 yaşlı kolumbiyalı bu gün Bakıya gələcək. “Portimonense”dən (Portuqaliya) transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

O, yerli «Medellin»də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından «Flamenqo»ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - «Lusitania»ya getsə də, buradan tez ayrılıb. Ardınca «Estrela»nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında «Portimonenze»yə üz tutub.

Kolumbiyalı universal keyfiyyətləri ilə Qurban Qurbanovun diqqətini çəkib. Ötən mövsüm Portuqaliya II Liqasında 26 oyunda çıxış edən və 5 qol vuran Duran «köhlən atlar» üçün sərfəli tapıntı sayıla bilər.

Çünki Azərbaycan çempionu onun keçidini reallaşdırmaq üçün böyük xərc çəkməyib. Cənubi amerikalının alqısı 200 min dollardan aşağı rəqəmə başa gəlib.

Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.

Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
1
sportinfo.az

1Mənbələr