AZ

Mingəçevirdə küçələr və yaşayış binaları abadlaşdırılır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir, 26 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir şəhərinin bir sıra küçələri asfaltlanır, yaşayış binalarının abadlaşdırılması işləri aparılır.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 20 Yanvar, Şah İsmayıl Xətai, Nəsimi, Mirzə Ələkbər Sabir, Samux, Tofiq Ruşanov küçələrində köhnə yol örtüyünün üst qatı sökülüb, yeni asfalt döşənib. Bir sıra döngələr və ara yollarda torpaq yolun nahamar və çökəklik hissələrinə qum-çınqıl qarışığı tökülərək, asfaltlanma işləri icra olunur.

Həmçinin 15 yaşayış binasının ümumi istifadə sahələri, blokları, fasad hissələri suvanaraq rənglənir, plastik pəncərə çərçivələri və seyf qapıları qoyulur.

Şəhərin sağ sahilində və energetiklər yaşayış massivində olan binalarda və məhəllələrdə başlanan təmir işləri davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
azertag.az

1Mənbələr