AZ

İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı

Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya (E3) Cenevrədə İranla nüvə danışıqları üçün xüsusi formatda toplanır. Görüş Tehranın regional fəallığı və Qərblə münasibətlərindəki son gərginlik fonunda baş tutur. Digər tərəfdən İsrail İranla bağlı ritorikasını sərtləşdirir, regionda bu ölkənin təsirinin neytrallaşdırılmasını açıq şəkildə prioritet kimi elan edir.

Avropa niyə indi bu məsələdə daha aktiv rol almağa çalışır? İranla bağlı diplomatik fəallığın arxasında hansı təhlükəsizlik narahatlıqları və ya siyasi gündəmlər dayanır? İsrailin mövqeyi və addımları E3 formatının qərarlarına necə təsir edə bilər?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, sözügedən toplantı diplomatik cəhdlərin yenidən gücləndirildiyinin aydın göstəricisidir:

“Bu dinamika böyük güclərin İran uğrunda mübarizəsi kimi təqdim edilməməlidir. Daha çox regionu hərtərəfli böhrandan xilas etmək üçün diplomatik manevrlərin genişləndirilməsi mənasını daşıyır. E3 ölkələri İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıq keçirir və bu istiqamətdə diplomatik dialoqu davam etdirmək istəyir. Eyni zamanda ABŞ və İsrail regionda hərbi seçimləri hələ də masada saxlayır. Vaşinqton Təl-Əvivin hərbi əməliyyatlarına qatılmağı və hətta Fordo nüvə obyektini bombardman etmək variantlarını nəzərdən keçirir”.

Ekspert xatırladıb ki, E3 ölkələri İranın 31 avqust tarixinədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) yenidən tam şəffaflıqla qayıtmaması halında, BMT-nin “snapback” mexanizmini işə salmaqla sanksiyaları bərpa edə biləcəyini bəyan edib:

“Avropanın aktivliyinin artması o deməkdir ki, onlar regionda sülhü dəstəkləmək, potensial müharibə riskini azaltmaq və nüvə təhlükəsizliyinə nəzarəti gücləndirmək üçün real diplomatik kanal rolunu oynamaq niyyətindədirlər. E3 ölkələri bu vəziyyətdə təşəbbüsə yiyələnməklə arbitrajçı və ya balanslaşdırıcı aktor kimi çıxış etməyə çalışır, həm İranla inamlı dialoq potensialını qoruyur, həm də ABŞ və İsrailin ekstremal addımlarını yumşaltmaq istəyir”.

Seçilən
4
1
editor.az

2Mənbələr