Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasındadünya çempionatının püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmadacüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı(8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamızturnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Yarışın təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı iləsaat 12:00-da, final bloku isə 17:30-da başlayacaq.
Qızlar
44 kiloqram, 1/16 final
Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)
Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)
48 kiloqram, 1/32 final
Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)
48 kiloqram, 1/16 final
Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)
52 kiloqram, 1/32 final
Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)
57 kiloqram, 1/16 final
Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)
70 kiloqram, 1/16 final
Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)
Oğlanlar
50 kiloqram, 1/16 final
Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)
50 kq, 1/8 final
Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana(Botsvana) cütünün qalibi ilə
55 kiloqram, 1/16 final
Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)
Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)
60 kiloqram, 1/32 final
Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)
60 kq, 1/16 final
Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) /Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə
73 kiloqram, 1/16 final
Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev(IJF) cütünün qalibi ilə
90 kiloqram, 1/8 final
Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan(Küveyt) cütünün qalibi ilə
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Gürcüstan