AZ

ABŞ vizalarının rüsumu 135 faiz artırıldı

ABŞ Konqresi tərəfindən qəbul edilən “One Big Beautiful Bill Act” qanun layihəsinin bir hissəsi olaraq, bütün qeyri-immiqrasiya vizalarına əlavə 250 dollarlıq rüsum tətbiq ediləcək.

Publika.az xəbər verir ki, “Visa Integrity Fee” adlı yeni tənzimləməyə əsasən, B1/B2 turist vizalarının qiyməti 185 dollardan 435 dollara yüksəlib.

Bununla da viza müraciətinin dəyəri 135 faiz bahalaşmış olacaq. Yeni qaydalar turistlərdən tutmuş tələbələrə, işçilərdən və mübadilə proqramı iştirakçılarına qədər milyonlarla insanı əhatə edəcək.

Eyni zamanda, əlavə rüsum bir çox digər kateqoriyalara, o cümlədən iş vizalarına (H-1B, L-1, O-1 və s.) da şamil ediləcək.

Seçilən
2
1
publika.az

2Mənbələr