Hər zaman şəxsi həyatı ilə gündəmə gələn müğənni Seda Sayan indi də paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sosial mediada 3,2 milyon izləyicisi olan Sayan ona ünvanlanan "Niyə bu tələlərə düşürsən" sualına cavab verib.
Sayan "Son vaxtlar adımdan istifadə edərək insanları aldadırlar. Sonuncu dəfə həkimimi aldatmağa çalışdılar. Allaha şükürlər olsun ki, dərhal mənə dedi. Telefonu bağladım. Çox sevdiyim qardaşım Doğanı çağırdılar, adımdan, səs tonumdan istifadə edib, 35 min lirə alıblar. Xahiş edirəm, bu fırıldaqlardan ehtiyatlı olun" deyib. (Axşam.az)