Sabunçu rayonunda süni sututarında 1 uşağın batması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.