Cənubi Qafqaz regionu üçün çox vacib bir dövrdür.
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti APA-ya müsahibəsində deyib.
“Yaxınlarda Ağ Evdə Prezident Trampın iştirakı ilə çox müsbət addımlar atıldı və biz bu səyləri səmimi şəkildə alqışlayırıq. Bu, sülh və sabitlik, həmçinin, bu bölgədə iqtisadi artım və əlaqələr üçün böyük bir fürsət yaradır. Ölkəmiz həm Böyük Britaniya, həm də Azərbaycan üçün qarşılıqlı fayda əldə etmək məqsədilə bölgədə dost qismində çıxış etməyə hazırdır”, - dövlət naziri qeyd edib.