AZ

Londonla İrəvan arasında razılaşma: Strateji tərəfdaşlıq...

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti arasında İrəvanda görüş keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, o cümlədən kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər”, - məlumatda qeyd olunub.

Seçilən
7
4
sitat.info

5Mənbələr