"Qarabağ"ın ötən mövsüm Avropa Liqasında məğlub etdiyi, sonradan yarımfinala qədər irəliləyən "Budo/Qlimt"i tarix yazmağın astanasındadır. 

Offsideplus.az xəbər verir ki, 18 il sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində Norveç klubu iştirak edə bilər. "Bodo/Qlimt" "Şturm"u ilk oyunda 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. Cavab oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. 

Qeyd edək ki, 2007/08 mövsümündə "Rozenborq"un Çempionlar Liqasında iştirakından bəri heç bir Norveç klubu bu turnirə ayaq basa bilməyib.