AZ

“Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün bizə silah təklif edib” – Tbilisi meri


“Qərb ölkələrinin nümayəndələri Rusiyaya qarşı ikinci cəbhə açacaqları təqdirdə Gürcüstan hakimiyyətini silahla təmin etməyi təklif ediblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze danışıb.
“Gürcüstanın baş nazirinin kabinetində birbaşa təhdidlər, şantaj və təhqirlər olub ki, ölkədə ikinci cəbhə açılsın. Onlar söz veriblər ki, hamıya kömək edəcəklər, müvafiq hərbi texnika ilə təmin edəcəklər və s.” - Kaladze deyib.
Onun sözlərinə görə, zərurət yaranarsa, sübutların təqdim edilməsi zəruri olarsa, hakimiyyət danışıqların təfərrüatlarını açıqlamağa hazırdır:
“Lakin ölkənin maraqlarından çıxış edərək, hər şeyi olduğu kimi buraxmaq daha yaxşıdır”.
Seçilən
61
4
yeniavaz.com

7Mənbələr