Tehran rəsmisi bu platformanı Azərbaycan və Ermənistan arasında dialoqa imkan yaradan regional mexanizm adlandırıb...
Poliqon xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai “3+3” formatının Cənubi Qafqazda mübahisələrin həllində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, bu format region ölkələri – Azərbaycan və Ermənistanla yanaşı, Cənubi Qafqazı əhatə edən dövlətlərin iştirakı ilə məsləhətləşmələr aparmaq məqsədilə yaradılıb.
Baqai qeyd edib ki, indiyədək müxtəlif ölkələrdə çoxsaylı görüşlər keçirilib və onların ilk mərhələlərindən biri Tehranda baş tutub. İran rəsmisi vurğulayıb ki, “3+3” mexanizmi regional platforma kimi özünü doğruldub və xüsusilə Azərbaycanla Ermənistan arasında mübahisələrin həllinə töhfə verib.
Poliqon.info