Yazını böyüt
Yazını kiçilt
Bakının Sabunçu rayonunda süni sututarında bir uşaq batıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.