AZ

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq » AzadMedia.az


Bakının Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Məlumata görə, avqustun 27-də, günorta saatlarında suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.
Seçilən
15
9
azadmedia.az

10Mənbələr