AZ

Tanınmış aparıcının oğlu Budapeştdə universitetə DAXİL OLDU - FOTO

Aparıcı Aytəkin Mərdanovanın oğlu Fərid onu sevindirib.

Bizim.Media xəbər verir ki, sənətçinin övladı xaricdə təhsil haqqı qazanıb.

O, Budapeştdə universitetə daxil olub: “Ailəm üçün çox önəmli və xoş bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, həyəcanla gözlədiyimiz cavabı aldıq.
 

Oğlum Fərid 100% nəticə ilə arzuladığı ali təhsil müəssisəsinə, Avropanın sayılıb-seçilən təhsil ocaqlarından birinə - Budapeşt Korvinus Universitetinin “Data science in business” fakültəsinə qəbul oldu.


Sevincimin həddi-hüdudu yoxdur, çünki bu uğurun arxasında oğlumun yuxusuz gecələri və sonsuz çalışqanlığı dayanır. Valideyn üçün bundan böyük qürur yoxdur. Allah kimsənin əziyyətini yerdə qoymasın”.






Sara, Bizim.Media

Seçilən
47
4
bizim.media

5Mənbələr