Hurriyyet.az xəbər verir ki, Almaniya hökuməti Fələstin dövlətini tanımaqdan imtina edib.
Almaniya kansleri Fridrix Mertz Almaniya Federativ Respublikasının qərbli müttəfiqlərinin Fələstin dövlətini tanımaq təşəbbüsünə qoşulmayacaqlarını bəyan edib. Mertz deyib: "Onları dövlət qurmaq şərtlərindən heç birinə uyğun deyillər".
Mertz Berlində, Kanadanın Baş naziri Mark Karni ilə birlikdə iştirak etdiyi mətbuat konfransında deyib: "Bizim mövqeyimiz aydındır. Təşəbbüsə qoşulmayacağıq".
Karni isə Fələstinin tanınması məsələsi barəsində suala cavab verməkdən yayınıb.
1933-cü ildə qəbul edilmiş Montevideo Konvensiyasına əsasən, dövlət daimi əhaliyə, müəyyən əraziyə, öz hökumətinə və beynəlxalq əlaqələr qurmaq qabiliyyətinə malik olmalıdır.
Hürr Tərcüman