AZ

Xətainin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq

BAKI, 26 avqust. TELEQRAF

Bu gün Xətai rayon ərazisinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Teleqraf-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai rayon ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

27 avqust günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr