AZ

Bir gündə üç uşaq ambulansda doğuldu

Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.

Publika.az TƏBİB-ə istinadən xəbər verir ki, doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib.

Məlumata görə, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb.

Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.

Seçilən
7
19
publika.az

10Mənbələr