AZ

İran üzərindən Naxçıvana qaz nəqlinin müddəti uzadılır

Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

Bu barədə Publika.az-a SOCAR-dan məlumat verilib. Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.

Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.

Seçilən
0
15
publika.az

10Mənbələr