AZ

Fil Dişi Sahilində baş verən hücumda 4 nəfər ölüb

Fil Dişi Sahilinin şimalında Burkina-Faso ilə sərhədə yaxın ərazidə silahlı şəxslərin onlara hücumu nəticəsində dörd mülki şəxs həlak olub, biri yaralanıb, biri isə itkin düşüb .

"Fraternite Matin" qəzeti bu barədə məlumat yayıb.

"Səhər saat 2 radələrində baş verən hücum məhsulun əkildiyi kəndi hədəf alıb. Həyəcan siqnalı verdikdən sonra Şimal Əməliyyat Bölgəsindən olan Kot-d'İvuar qüvvələri dərhal ərazinin təhlükəsizliyini təmin etmək və əhaliyə yardım göstərmək üçün hava və quru qüvvələrini yerləşdiriblər", - nəşr yazır.

Məlumata görə, dörd vətəndaş həlak olub, bir sakin itkin düşüb. Daha bir qadın yanıq xəsarətləri alıb və ona tibbi yardım göstərilir.

Seçilən
18
aznews.az

1Mənbələr