İngiltərənin “Sauthempton” klubunun ingilis vingeri Tayler Diblinq bundan sonra “Everton”un uğurları üçün çalşacaq.
Arena.az bu barədə “Everton”un rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub bu transferi 40,5 milyon avroya rəsmiləşdirib. 19 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Tayler Diblinq “Sauthempton”un yetirməsdir. O, 2022-ci ildə “Çelsi”nin yeniyetmələrdən ibarət komandasına cəlb edilsə də, elə həmin il geri qayıdıb. Gənc vinger “Sauthempton”un əsas komandasında 44 oyuna çıxıb, 4 qola sevinib, 3 məhsuldar ötürmə müəllifi olub.
Diblinq İngiltərənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


