AZ

Azərbaycan nümayəndəsi Daşkənddə bir sıra ikitərəfli görüş keçirib

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

 “Özbəkistan və Azərbaycan: müttəfiqlik və regionlararası əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda Daşkənddə keçirilən dəyirmi masadan sonra  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndəsi, İİTKM-nin operatoru olduğu "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov paytaxtda bir sıra ikitərəfli görüş  keçirib.

Özbəkistan İT Park-da keçirilən görüşdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub. İT Parkın Startap ekosistemi və investisiyaların inkişafı şöbəsinin rəhbəri İrodaxon Azimova, Proqram meneceri Mədinə Zokırova və digər nümayəndələrin iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq, o cümlədən iki ölkə ekosisteminin formalaşdırdığı fürsətlərdən birgə faydalanmaq postensialları müzakirə edilib.

Qeyd edək ki. İT Park regionun innovasiya ekosistemində ən güclü təsirə malik fəaliyyətlərə sahiblik edir. 2024-cü ildə İT Park təqribən 1 milyard ABŞ dolları həcmində ixrac edə bilib. Növbəti illərdə bu göstəricinin daha da artması istisna edilmir. İT Park rezidentlərinə unikal imtiyaz və üstünlüklər təklif edir.

İsa Qasımovun Mərkəzi Asiya Universitetində (Central Asian University) “Biznes Məktəbi”nin dekani professor Odiljon Abdurazzakovla görüşündə potensial əməkdaşlıq imkanları müzakirə edilib. Özbəkistanın ən güclü universitlərindən olan Mərkəzi Asiya Universiteti özəl ali təhsil müəssisəsidir. Burada innovativ sektorun inkişafına töhfə verən təsirli ekosistem formalaşıb. Universitet təkcə Özbəkistanda deyil, ümumilikdə region ekosisteminə töhfə verməyə iddialıdır.

Daşkənd Kimya Texnologiya İnstitutunda baş tutan görüşdə institutun prorektoru professor Ənvər Şernayev deyib ki, institutun əldə etdiyi yeni texnoloji nəticələr ölkə iqtisadiyyatının müxtəlif sahələrində (neft-kimya, aqrar, inşaat və s.) tətbiq olunur. Texnologiyaların transferi sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə etdikdən sonra  Ə. Sernayev bildirib ki, şirkət yeni texnologiyaların tətbiqi ilə inşaat sektoruna yeniliklər gətirir və yerli istehsalda əhəmiyyətli nəticələr əldə edir.

İsa Qasımovun Özbəkistanda fəaliyyət göstərən “İpoteka bank”ın Daşkənd şəhəri üzrə rəhbəri Sərdar Salayevlə baş tutan görüşündə Özbəkistanda bank sektorunun mövcud vəziyyəti və perspektivləri, Özbəkistanda sahibkaqlığın inkişaf fürsətləri, xüsusilə maliyyə əlçatanlığı, eləcə də potensail əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr