AZ

İran-İsrail müharibəsi yenidən başlayır?

"İran İsraillə silahlı münaqişənin yenidən başlaya biləcəyini istisna etmir və Yaxın Şərqdə hadisələrin istənilən inkişafına hazırdır".

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Asharq Al Awsat” qəzetinə verdiyi müsahibədə bildirib.

İsraillə qarşıdurmanın yenidən başlama ehtimalı ilə bağlı sualı cavablandıran nazir deyib: “Hər şey mümkündür”, İran hər cür ssenariyə hazırdır".

Onun sözlərinə görə, 12 günlük müharibə zamanı İsrail və ABŞ öz məqsədlərinə çata bilməyiblər, halbuki İran “qəhrəmancasına müqavimət göstərib və eyni zamanda təcavüzə cavab verib”.

13 iyun tarixində İsrail İrana qarşı “Yüksələn Şir” adlı hərbi əməliyyata başlayıb. Kütləvi hücum zamanı 200-dən çox təyyarə iştirak edib və onlar İranın nüvə obyektlərinə, hərbi bazalarına və silah istehsalı mərkəzlərinə zərbələr endiriblər. İran isə “Doğru vəd - 3” adlı cavab əməliyyatına start verib.

Seçilən
0
publika.az

1Mənbələr