ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin ilk altı ayında Malakka və Sinqapur boğazlarında 80 dəniz quldurluğu və silahlı soyğunçuluq hadisəsi olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur, Malayziya və İndoneziya arasında yerləşən Malakka boğazı Cənubi Çin dənizi vasitəsilə Hind okeanı ilə Sakit okeanı birləşdirən strateji ticarət dəhlizidir. Belə ki, hər il təxminən 90 min ticarət gəmisi və qlobal dəniz ticarətinin 60 faizi bu dar sulardan keçir.
Məlumata görə, insidentlərin çoxu Sinqapur boğazındakı Filip kanalında baş verib.
Qeyd edək ki, 2025-ci ildə heç bir insident 1-ci kateqoriya səviyyəsində olmayıb, yəni girov götürmə hadisələri gerçəkləşməyib.
Məhəmməd Tağıyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.