AZ

Uşaqlar tikintidə yanğın törətdi

ain.az, Azpost portalına istinadən məlumat yayır.

Rusiyanın Nijni Novqorod vilayətində azyaşlıların təhlükəli “oyunu” faciə ilə nəticələnə bilərdi. AzPost xəbər verir ki, səkkiz və doqquz yaşlı iki uşaq yarımçıq tikiliyə daxil olaraq yanğın törədib.

Məlumata görə, uşaqlar pəncərəni sındıraraq tikilməkdə olan iki mərtəbəli evə giriblər. İçəridə tapdıqları benzin bidonunu yerə tökərək alışdırıblar. Alov qısa müddətdə binanın təqribən yüz kvadratmetrlik sahəsini əhatə edib.

Yanğın zamanı doqquz yaşlı uşaq ciddi xəsarət alıb. Onun üz və əllərində birinci və ikinci dərəcəli yanıq xəsarətləri yaranıb. Yaralı dərhal Bogorodski mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Digər uşaq hadisə yerindən qaçaraq gizlənib.

Əraziyə Fövqəladə Hallar Xidmətinin əməkdaşları və istintaq-əməliyyat qrupu cəlb olunub. Hadisənin səbəbləri araşdırılır və prosessual qərar veriləcəyi gözlənilir.

İlkin versiyaya görə, uşaqlar sadəcə “zarafat” etmək məqsədilə hərəkət ediblər. Lakin onların məsuliyyətsiz davranışı həm öz həyatlarını, həm də ətrafdakıların təhlükəsizliyini ciddi risk altına salıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
azpost.info

2Mənbələr