AZ

Danimarkada dəniz sularının altında qalmış yaşayış məskəni aşkar edilib

Yazını böyüt
Yazını kiçilt

Danimarkanın Aarhus körfəzində aparılan arxeoloji qazıntılar zamanı 8500 il əvvəl dəniz sularının altında qalmış Daş dövrünə aid yaşayış məskəni aşkar edilib.

Hafta.az AZƏRTAC-a istinadla xəbər verir ki, yay mövsümündə dalğıclar ölkənin ikinci böyük şəhəri Aarhus yaxınlığında dəniz dibinə enərək Daş dövrünə aid məskəndən heyvan sümükləri və daş alətlər toplayıblar.

Tədqiqatlar Avropa İttifaqının maliyyələşdirdiyi, dəyəri 13,2 milyon avro olan altıillik beynəlxalq layihənin bir hissəsidir. Layihəyə Aarhus Universiteti (Danimarka), Bredford Universiteti (Böyük Britaniya) və Almaniyanın Aşağı Saksoniya Tarixi Sahil Tədqiqatları İnstitutu da qoşulub. Məqsəd Baltik və Şimal dənizlərinin dibini xəritələşdirərək su altında qalmış Mezolit dövrü məskənlərini üzə çıxarmaqdır.

Danimarkada sualtı tədqiqatlara rəhbərlik edən arxeoloq Peter Moe Astrup bildirib ki, indiyədək aşkar edilən məskənlərin əksəriyyəti qədim sahil xəttindən daha içəridə yerləşib.

Seçilən
0
4
hafta.az

5Mənbələr