Aiya ölkələri güclü “Kadzhiki” tayfununa qarşı fövqəladə tədbirlər görür. AzPost xəbər verir ki, təbii fəlakət həm Vyetnamın mərkəzi əyalətlərini, həm də Çinin Haynan adasını təhlükə altına salıb.
Çinin kurort şəhəri Sanyadakı hava limanı artıq bağlanıb, ictimai nəqliyyat dayandırılıb və turist obyektləri fəaliyyətini dayandırıb. Şəhərdə “qırmızı” – ən yüksək təhlükə səviyyəsi elan edilib, bütün məktəblər, ticarət mərkəzləri və tikinti sahələri bağlanıb. Adanın bəzi bölgələrində yağıntıların 320 millimetrə qədər çatacağı proqnozlaşdırılır.
Vyetnam hökuməti isə 586 min nəfərin təxliyəsini planlaşdırır. Ən böyük təhlükə Thanhhoa, Kuangchi, Hue və Dananq əyalətlərinə gözlənilir. Rəsmi qurumlar əhaliyə küçəyə çıxmamağı tapşırıb. Ölkənin milli aviaşirkəti Vietnam Airlines mərkəzi şəhərlərə azı 22 reysi ləğv edib.
Meteoroloqlar bildirir ki, tayfunun mərkəzində küləyin sürəti hazırda saatda 166 km-ə çatır, yaxın günlərdə isə 180 km/saat həddini keçə bilər.
Hər iki ölkənin hakimiyyət orqanları vətəndaşları mümkün qədər təhlükəsiz zonalara köçürməyə çalışır və ən ağır ssenariyə hazırlaşdıqlarını bəyan ediblər.