ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə turist vizası üçün müraciət rüsumu 135 faiz artaraq,185 dollardan 435 dollara yüksəlib.
Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına daxil olub.
Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sənayesi nümayəndələri bu rəqəmin 29 milyard dollara çatacağını bəyan ediblər.
Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb ola biləcəyindən narahatdırlar.
Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət qabiliyyəti zəifləyə bilər.