“Yuventus”un hücumçusu Nikolas Qonsales karyerasını “Atletiko” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu argentinalı futbolçunun xidmətində maraqlıdır.
ispan təmsilçisi 27 yaşlı futbolçu üçün yaxın günlərdə ilk rəsmi təklif göndərməyə hazırlaşır.
Argentinalı oyunçu Turin klubunu tərk etməyə hazırdır. Buna səbəb onun baş məşqçi İqor Tudorla anlaşmazlıq yaşamasıdır.
“Yuventus” isə hücumçunu 30 milyon avro dəyərində qiymətləndirir və sərfəli təklif olacağı halda satmağa hazırdır.
Geridə qalan mövsümdə Qonsales bütün turnirlərdə 38 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 24 milyon avro olaraq göstərir.