AZ

“Qalatasaray” “Spartak”ı məhkəməyə verəcək, əgər…

“Qalatasaray” müdafiəçi Karlos Kuestanı transfer etməkdən imtina edərsə, “Spartak”ı məhkəməyə verməyi və Beynəlxalq Futbol Federasiyasına ( FIFA ) şikayət etməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Osman Altunterim “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, Moskva klubu başqa futbolçu ilə maraqlandığı üçün Kuestanın transferini başa çatdırmaya bilər. Türkiyə nəhəngi müdafiəçinin transferi ilə bağlı artıq “Spartak”la anlaşıb və futbolçunun özü və menecerləri bir neçə gündür Rusiyadadır.

Seçilən
7
2
publika.az

3Mənbələr