AZ

Şəkərli diabet və göz xəstəlikləri artır

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəkərli diabet və göz sağlamlığı: retinopatiya ciddi problem olaraq qalır.

AzPost xəbər verir ki, son illərdə şəkərli diabet xəstələrinin sayı əhəmiyyətli dərəcədə artıb və bu xəstələr arasında diabetin fəsadları, xüsusilə göz xəstəlikləri də artır. Diabetik retinopatiya görmə itkisi və korluğun əsas səbəblərindən biri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, hazırda ölkədə şəkərli diabet xəstələrinin böyük hissəsi ikinci tip diabetlə mübarizə aparır. Xəstələrin əksəriyyəti 65 yaşdan yuxarıdır və artıq çəki, fiziki aktivliyin azlığı kimi risk faktorları geniş yayılıb.

Qeyd olunur ki, şəkərli diabet xəstələrinin ömür müddəti xəstəliyin növündən asılı olaraq dəyişir. Birinci tip diabet xəstələrinin orta ömrü 53 il, ikinci tip diabet xəstələrinin isə 74 ildir.

Ən çox ölüm səbəbləri isə ürək-damar xəstəlikləri, həmçinin diabetin yaratdığı ciddi fəsadlarla bağlı olur. Həkimlər xəstələrin mütəmadi müayinələrdən keçməsinin, sağlam həyat tərzi və qidalanma qaydalarına riayət etməsinin vacibliyini vurğulayırlar.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azpost.info

2Mənbələr