AZ

“Beşiktaş” El Bilal Ture ilə anlaşdı

“Beşiktaş” klubu hücum xəttinə yeni futbolçu cəlb edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,İstanbul təmsilçisi malili forvard El Bilal Ture ilə mövsümlük icarə müqaviləsi imzalayıb.

Futbolçu ilə imzalanan müqavilədə şərtlərə bağlı satınalma bəndi də yer alıb.

23 yaşlı hücumçunun müqavilə hüquqları İtaliya klubu “Atalanta”ya məxsusdur. O, ötən mövsümü Almaniyada “Ştutqart”ın heyətində keçirib və bütün turnirlərdə 17 oyuna çıxaraq 3 qol vurub.

Seçilən
106
90deqiqe.az

1Mənbələr