ABŞ prezidenti Donald Tramp ölkəsinin artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə o, Ağ Evdə kabinet iclası zamanı bəyanat verib.
“Bir daha vurğulamaq istəyirəm ki, biz Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin müharibəni dayandırmaq səylərində iştirak edirik”, – deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ dost və müttəfiq NATO ölkələrinə “milyardlarla dollar dəyərində” raket və digər hərbi texnika satır.
“Beləliklə, müharibəni onlar maliyyələşdirirlər, biz isə heç nə maliyyələşdirmirik. Məncə, bu çox vacib məqamdır, çünki bir çoxları bunu düzgün anlamır”, – deyə ABŞ prezidenti vurğulayıb.
//Samir Qurbanov, Editor.az