Avropa Komissiyası (AK) avqustun 29-30-da Brüsseldə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin müzakirəsini təsdiqləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən iclasda deyib.
“28-29 avqustda müdafiə nazirlərinin və 29-30 avqust tarixlərində Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşlərində biz Rusiyaya təzyiqləri daha da necə artıra biləcəyimizi, Ukraynanı daha fəal və effektiv şəkildə necə dəstəkləyə biləcəyimizi də müzakirə edəcəyik”, - deyə o qeyd edib.