AZ

Zelenski Rusiya ilə dialoq üçün beynəlxalq platformalarla danışıqlara başlayır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə mümkün sammitin keçirilməsi üçün meydan seçilməsi məsələsində Türkiyə, Avropa ölkələri və Yaxın Şərq dövlətləri ilə danışıqlar aparacağını açıqlayıb.

Editor.az xəbər verir ki, dövlət başçısı bu barədə axşam müraciətində məlumat verib.

“Bu həftə Türkiyə ilə, Körfəz ölkələri ilə, həmçinin Avropa dövlətləri ilə təmaslarımız olacaq. Onlar ruslarla danışıqlar üçün potensial meydan ola bilərlər”, – deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna münaqişənin həlli üçün bütün mümkün diplomatik addımları atmağa çalışır.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr