Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Suriyəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatları qəti şəkildə pisləyib.
Editor.az xəbər verir ki, nazirlik qeyd edir ki, bu hücumlar Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyini pozur və getdikcə geniş miqyas alır.
Rəsmi bəyanatda deyilir:
«Biz İsrailin Suriyanın ərazi bütövlüyünü, birliyini və suverenliyini pozan hərbi hücumlarını qəti şəkildə pisləyirik».
//Samir Qurbanov, Editor.az