Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.
Operativ Media xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.
Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.