Prezident Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədr vəzifəsində səlahiyyət müddətini uzadıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə "Kommersant" nəşri qurumdakı mənbəyə istinadən məlumat verir.
Jurnalistlərin sözlərinə görə, Bastrıkinin xidmət müddəti 2026-cı ilin avqustuna qədər uzadılıb.
Qeyd edək ki, Rusiya KİV-də Bastrıkinin Ali Məhkəmənin sədri vəzifəsinə əsas namizədlərdən biri olduğu yazılırdı. Vakansiya məhkəmənin sədri İrina Podnosovanın ölümündən sonra açılıb. Müraciətlər avqustun 25-dək qəbul edilib.
Bəzi məlumatlara görə, Rusiya İstintaq Komitəsinin sədri vəzifəsinə ədliyyə naziri Konstantin Çuyçenko və prezidentin köməkçisi, nəzarət şöbəsinin rəhbəri Dmitri Şalkov da nəzərdən keçirilib.
Milli.Az