Bakı. Trend:
"Atalanta" klubuna məxsus malili hücumçu El Bilal Turekaryerasını Türkiyənin "Beşiktaş" komandasında davam etdirəcək.
Trend xəbər verirki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu mövsümün sonuna qədərsatınalma hüququ ilə icarəyə götürüb.
Bu gün tibbi müayinədən keçən Ture ilə müqavilə imzalanıb. Qeydedək ki, o, ötən mövsümü icarə əsasında Almaniyanın "Ştutqart"klubunda keçirib.
Malili forvard Bundesliqada meydana çıxdığı 17 oyunda 3 qolvurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.