AZ

"Muğam" müsabiqəsində qalmaqal - Diplomu qəbul etmədi

IX “Muğam” Televiziya Müsabiqəsinin finalında qalmaqal yaşanıb. 

"Ölkə.az" xəbər verir ki, iştirakçılardan olan Kənan Novruzov haqsızlıq olunduğunu deyib. O, finalda ona təqdim olunan diplomu qəbul etməyib. Bununla bağlı paylaşımda Kənan bunları yazıb:

"Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq".

Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib.(axşam.az)

Seçilən
13
6
olke.az

7Mənbələr