Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar Türkiyədə baş tuta bilər.
Sitat.info xəbərinə görə, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib.
Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir.
“Həftə ərzində Türkiyə ilə təmaslar olacaq, (Fars -red) körfəzi ölkələri, rusiyalılarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq”, - Zelenski bildirib. "Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir", - o əlavə edib.
Zelenski əlavə edib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və dialoqa hazırlaşmaq üçün bütün səylərini göstərir. Bununla belə, onun fikrincə, əsas amil Rusiyaya təzyiq göstərməkdə və real sülh prosesinə başlamaqda iradəsi həlledici ola biləcək dünya liderlərinin, ilk növbədə ABŞ-nin mövqeyi olaraq qalır.