AZ

"Cavab matçında səhvləri təkrarlamayacağıq"

Macarıstanın “Ferentsvaroş” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, komandanın müdafiəçisi Toon Raemaekers mətbuat konfransında Bakıya qələbə üçün gəldiklərini açıqlayıb.

“Komandada əhval-ruhiyyə yüksəkdir. Buraya qələbə qazanmaq üçün gəlmişik. İlk oyunda bəxtimiz gətirmədi, amma cavab matçında eyni səhvləri təkrarlamayacağıq"

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 27-si, saat 20:45-də start götürəcək. İlk görüşdə Ağdam təmsilçisi Macarıstanda 3:1 hesabı ilə qalib gəlmişdi.

Seçilən
44
90deqiqe.az

1Mənbələr