AZ

İngilis azarkeş Fələstin formasına görə cəzalanıb

Yazını böyüt
Yazını kiçilt

"Brayton"un azarkeşi Fələstin komandasının formasını geyindiyinə görə 5 oyunluq cəza alıb.

Hafta.az xəbər verir ki, klubun mövsümlük abonementinin sahibi və "Boxfresh" ayaqqabı markasının yaradıcısı Rocer Ueyd Fələstin atributikasına görə cəzalandırıldığını açıqlayıb.

Premyer Liqanın 1-ci turunda "Brayton" evdə "Fulhem"lə heç-heçə edib - 1:1. Fasilə zamanı Ueyd heç bir izahat verilmədən stadiondan çıxarılıb.

Yazılı sorğuya cavab olaraq klub ona oyunda geyindiyi Fələstin millisinin köynəyinə görə qarşıdakı 5 matçda stadiondan kənarlaşdırıldığını bildirib.

Seçilən
9
2
hafta.az

3Mənbələr