AZ

Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar

Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Rusiyanın "İl-20M" təyyarəsinin Baltik dənizi üzərində görünməsi səbəbindən havaya qaldırılıblar.

Oxu.Az bildirir ki, bu barədə DPA agentliyi Almaniya HHQ-nin Hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iki ədəd "Eurofighter" təyyarəsi Laqedəki aviabazadan havaya qalxıb. Almaniya tərəfinin məlumatına görə, "İl-20M" beynəlxalq hava məkanında transponderləri söndürülmüş halda uçub və əlaqəyə çıxmayıb. pizza

DPA-nın məlumatına görə, bu, 2025-ci ildə Almaniya qırıcılarının həyəcan siqnalı ilə Baltik dənizi üzərinə qalxdıqları artıq 10-cu haldır.


Telegram kanalımız
Seçilən
3
1
yenisabah.az

2Mənbələr