AZ

“İlk oyunda iki adi vəziyyətdən qol buraxdıq”

Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ilandiyalı mütəxəssis ilk qarşılaşmada yaşanan məğlubiyyəti belə şərh edib:

“Futbolçularımız sabahkı matça hazırdır. Heyətdə müəyyən dəyişikliklər ola bilər, kimin start heyətində olacağını sabah biləcəyik. İlk oyunda iki adi vəziyyətdən qol buraxdıq. ‘Qarabağ’ futbolçuları fürsətlərdən maksimum istifadə etdilər, bizdə isə fərqli oldu”.

Kin komandasının Bakıda məşqə çıxmamasının səbəbini də açıqlayıb:

“Mən bu kluba baş məşqçi təyin olunanda qərar verdim ki, başqa komandanın stadionunda məşq keçməyək. Komandamı öz stadionumuzdakı məşqlə hazırlamağa üstünlük verirəm”.

Baş məşqçi sabahkı oyunda geridönüş etmə imkanlarına inandığını da bildirib:

“Uzun illər futbolun içindəyəm və geridönüşlərə şahid olmuşam. Hətta çoxdan Çempionlar Liqasının finalında ‘Liverpul’ 0:3 hesabı ilə geridə olarkən qələbə qazandı. Deməli, mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 27-si, saat 20:45-də keçiriləcək. İlk qarşılaşmada Ağdam təmsilçisi Macarıstanda 3:1 hesablı qələbə qazanıb.

Seçilən
28
1
90deqiqe.az

7Mənbələr