AZ

Kürdəmirdə ağır qəza: ölən və yaralı var

  Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

Referans apa-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili “Chevrolet” markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

2002-ci il təvəllüdlü Rahib Allahverdiyev isə müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
52
7
referans.az

8Mənbələr