"Sabah"la müqaviləsini birtərəfli pozan Yusif İmanov karyerasını ölkə xaricində davam etdirəcək.
Milli.Az xəbər verir ki, gənc qapıçı Kosovaya yollanır. O, bu ölkənin "Malişeva" klubunda çıxış edəcək.
22 yaşlı Y. İmanov 94 oyunda "Sabah"ın, 1 görüşdə isə Azərbaycan yığmasının qapısını qoruyub. (Offsideplus.az)
Milli.Az