AZ

Məşhur müğənni futbol ulduzuna ƏRƏ GEDİR

Amerikalı məşhur müğənni Teylor Svift futbolçu Trevis Kelsi ilə nişanlandığını elan edib.

Publika.az xəbər verir ki, müğənni bu barədə "Instagram" sosial şəbəkəsində paylaşım edib.

“Sizin ingilis dili müəlliməniz və bədən tərbiyəsi müəlliminiz evlənirlər”, - paylaşımda bildirilib.

Hələ iyun ayında Sviftin fanatları onun Kelsi ilə gizli şəkildə evləndiyinə dair şayiələri aktiv şəkildə yayırdılar.

Sviftin amerikalı futbol ulduzu Kelsi ilə münasibəti barədə xəbərlər ilk dəfə 2023-cü ildə ortaya çıxıb. Söhbətlər onların bir neçə dəfə birlikdə görüntülənməsindən sonra yayılıb. Üstəlik, müğənni Kelsinin NFL oyunlarına da qatılıb.

Seçilən
4
1
publika.az

2Mənbələr