AZ

Ceyhun Bayramov: Vətən müharibəsində Xankəndiyə bir neçə kilometr qalmış əməliyyatların dayandırması müdrik qərar idi

Vətən müharibəsində ən vacib məqamlarından biri isə dövlət rəhbərinin göstərdiyi siyasi müdriklik idi, Ordumuzun Xankəndiyə cəmi bir neçə kilometr qalmış əməliyyatları dayandırması qərarı ölkəmizi çox təhlükəli ssenarilərdən qorudu.

 

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsinin uğurları onilliklər boyu aparılan siyasətin nəticəsi idi: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və silahlı qüvvələri BMT qətnamələrini icra edərək, ədaləti, beynəlxalq hüququ, suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu kontekstdə, bir sıra aparıcı aktorların 44 gün ərzində səylərinə, əməliyyatları dayandırmaq və ölkəmizi sanksiyalarla hədələmək cəhdlərinə baxmayaraq, Azərbaycan haqq-ədalət savaşının legitim olduğunu sübut edərək, bütün səylərin qarşısını uğurlar aldı. Bu müharibənin ən vacib məqamlarından biri isə dövlət rəhbərinin göstərdiyi siyasi müdriklik idi. Ordumuz Xankəndiyə cəmi bir neçə kilometr qalmış əməliyyatları dayandırdı. Bu qərarın nəticəsində Kəlbəcər, Laçın və Ağdamın işğalda olan böyük bir hissəsini döyüş əməliyyatları aparılmadan azad etməyə nail olduq. Bununla yanaşı, bu qərar ölkəmizi çox təhlükəli ssenarilərdən qorudu – bölgəyə xarici müdaxilələrin qarşısı alındı, “etnik təmizləmə” və s. iddialarla beynəlxalq təzyiqlərdən yayınmaq mümkün oldu. Bu addım həm qələbəni möhkəmləndirdi, həm də gələcək diplomatik proseslər üçün əlverişli zəmin yaratdı.

 

10 noyabr 2020-ci il bəyanatı Azərbaycanın diplomatik masadakı qələbəsini təsdiqləyərək işğala son qoydu. Qısa müddət sonra, 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqlik münasibətləri rəsmiləşdirildi. Atılan bu addımlar ölkəmizin uğurlu siyasətinin nəticəsi idi”.

Tarix: 26 Avqust 2025, 22:11   
Seçilən
1
6
pravda.az

7Mənbələr