AZ

Alimlər qol hərəkətlərinin bərpası üçün “robot jilet” İXTİRA ETDİLƏR

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Harvard Universitetinin alimlərinin yeni ixtirası dayaq-hərəkət sistemi pozğunluğu olan pasiyentlərin reabilitasiyasında böyük irəliləyiş ola bilər.Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın elmi-populyar jurnalı Popular Science məlumat yayıb.Uzunqol jileti xatırladan qurğu qolların hərəkətini dəstəkləyir və insanlara əsas hərəkətləri – diş fırçalamaqdan tutmuş əşyaları saxlamağa qədər – yerinə yetirməkdə kömək edir.İxtira “üzərində gəzdirmək lazım olan robot” adlandırılır. Jiletin qoltuqaltı hissəsində hərəkət zamanı həcmini dəyişən şişmə aktuatorlar yerləşdirilib. Qurğu sensorlar və şüurlu hərəkətlərlə təsadüfi hərəkətləri ayırd edə bilən avtomatik alqoritmlər vasitəsilə idarə olunur.

 

“Texnologiya mahiyyətcə sadədir. Bu, qoltuqaltında şar formasında şişmə aktuatorları olan köynəkdir. Təzyiq altında onlar istifadəçiyə cazibə qüvvəsini dəf etməyə, qolunu və çiynini qaldırmağa kömək edir”, – deyə Harvard professoru Tommazzo Proetti izah edib.

Son model ətrafı dəstəkləmək üçün lazım olan minimal təzyiqi hesablayır, bu da hərəkətləri maksimum təbii edir. Qurğunun işləmə dəqiqliyi 94%-ə çatıb, halbuki əvvəlki versiyada bu göstərici cəmi 32% idi.Sınaqlar insult keçirmiş beş pasiyent və amiotrofik sklerozlu dörd nəfər üzərində aparılıb.Nəticələr təsdiq edir ki, “robot-jilet” fizioterapiyada effektiv vasitəyə çevrilə və gündəlik həyat bacarıqlarının bərpasını xeyli asanlaşdıra bilər.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
bizim.media

2Mənbələr